A24 Xeber

Bakıda dünən səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb.

“A24.az” “Sputnik”ə istinadən xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış. İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi –gənc oğlanı axtarır. İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.

Xatırladaq ki, iyulun 17-də Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva özünü Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 B saylı binanın 17-ci mərtəbəsinin dəhlizindən ataraq intihar edib. 17-ci mərtəbədən düşən qadın alt geyimdə olub. Hadisə yerinə gələn ana təəccüblə “bura haradır, mənim qızımın burada nə işi var?” deyib.

Bakıda dünən səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb. “A24.az” “Sputnik”ə istinadən xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış. İstintaq hazırda həmin gecə gənc qızla birlikdə […]

Yasamalda 18 yaşlı Nərgizi 17-ci mərtəbədən atıblar? – VİDEO

221