Yaşayış məntəqələrindən kənarda seçki məntəqələri yaradıldı

Yaşayış məntəqələrindən kənarda seçki məntəqələri yaradıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması prosesi bu gündən başa çatır.

A24.Az Trend-ə istinadən verilən məlumata, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında deyilir.

Bu gün, həmçinin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçki məntəqələrinin yaradılması başa çatır.

Təqvim planına əsasən, bu cür məntəqələr səsvermə gününə azı 50 gün qalanadək yaradılmalıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar