Yayın ən böyük problemi: SƏPGİLƏR

Yayın ən böyük problemi: SƏPGİLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Yayın qızmar günlərində həm uşaqlar, həm də böyüklər arasında dəri səpgilərinə rast gəlinir.

“A24.az” bildirir ki, mütəxəssislərin fikrincə, dəri səpgiləri milçək və ağcaqanad sancması, günəşin yandırıcı şüaları, vaxtı keçmiş qida məhsullarından istifadə edilməsi, qadağa qoyulmuş ərazilərdə, göl və çimərlikdə çimmək və digər səbəblərdən əmələ gəlir. Vaxtında onun qarşısı alınmadıqda daha böyük fəsadlar yarana bilər.

Araşdırmalara görə, yaz-yay mövsümündə dəridə və selikli qişalarda müxtəlif allergik mənşəli hallar müşahidə olunur.

Əgər allergen növü hər hansı həşəratdırsa, xüsusilə həssas uşaq dərisini zərərli təsirlərdən qorumaq üçün kremlərdən istifadə olunmalıdır. Allergiya mənbəyi qida olduqda yeganə yol həmin qida növündən uzaq olmaqdan ibarətdir.

İsti havada dərinin gigiyenasına fikir vermək lazımdır. Hər hansı səpgi, qaşınma, qızartı və digər əlamət müşahidə olunanda dərhal allerqoloqa müraciət edilməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar