A24 Xeber

Yayın ən zəngin meyvəsi: Gilasın bu faydalarını sizdə bilin

Yayın ən zəngin meyvəsi: Gilasın bu faydalarını sizdə bilin
97
07 İyun 2018 - 12:31

Yay aylarının ən sevilən tərəflərindən biri də rəngarəng meyvə növlərinin artmasıdır.
A24.Az xəbər verir ki, isti aylarda yetişən əksər meyvələr antioksidant funksiyasını yerinə yetirir. Eyni zamanda xərçəngə qarşı qoruyucu və ürək damar sistemini yaxşılaşdıran üstünlükləri var. Növ-növ meyvələr insana ağız sulandırsa da porsiyalara diqqət etməkdə fayda var. Vitamin olaraq qəbul etdiyimiz meyvələri də çox yedikdə kilo artmasına səbəb ola bilir.

İyun ayının ən dəyərli meyvələri olan gilas, ərik, alça, qarpız kimi vitamin depolarının zərərli tərəfləri də var. Tək nfi tərəfi miqdarla əlaqəlidir.

Gilas- vişnə isə bu meyvələr içindən xüsusi ilə seçilir. Liflərlə zəngin olan adıçəkilən meyvənin tox tuta bilmək xüsusiyyəti də var. Eyni zamanda bədəndəki iltihabın yaratdığı narahatçılığı da azaldır. İnfeksiyalara faydası isə onu digər meyvələrdən üstün qılır. Melatonin hormonun ifrazına dəstək olduğu üçün yuxusuzluğa da fayda göstərir. Bunun üçün isə gecə yuxusundan iki saat əvvəl adıçəkilən meyvəni yemək kifayət edəcəkdir ki, rahat və uzun müddətli yuxunuz olsun. Ən vacib məsələ isə odur ki, C vitamini ilə zəngin olduğu üçün immun sistemini də qüvvətləndirir.
Qeyd edək ki, Gilas Azərbaycanda  çox geniş yayılıb. Meyvələrinin tərkibində aşı maddəsi, təbii şəkər( fruktoz), boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin var.

İsti aylara təsadüf edən Ramazan ayında bu tövsiyyələrə əməl etsəniz həm daha rahat Orucluq ayını bitirəcək, həm də bədəninizin enerjidən, gücdən düşməməsi üçün düzgün metod seçmiş olacaqsınız.
X.V, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00