Yayın sevimli təamı: Qarğıdalı bir qrup insanlara faydadan çox zərər edir- MƏSLƏHƏTLƏR

Yayın sevimli təamı: Qarğıdalı bir qrup insanlara faydadan çox zərər edir- MƏSLƏHƏTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Bişmiş qarğıdalı yayın ən ləzzətli təamıdır.

Lakin qarğadalının çoxsaylı faydalarına baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı bu tərəvəzin istehlakı arzuolunmaz sayılır.

A24.Az sizə bu pozulmaların siyahısını təqdim edir:

– Qarğıdalının çoxlu miqdarda istehlakı qanın qatılaşmasına gətirib çıxardır. Bu səbəbdən qan laxtalanması sistemində problemləri olan, tromblaşmaya meylli, tromboflebitdən (damarların iltihabı) əziyət çəkən insanlar qarğıdalının istehlakını minimuma çatdırmalıdır.

– Köpə, meteorizmə, həzmsizliyə meylli olan insanlar da qarğıdalının istehlakını məhdudlaşdırmalıdır.

– Nadir hallarda olsa da qarğıdalı allergiyaya səbəb ola bilər.

– Qarğıdalı kifayət qədər kalorili məhsuldur və bu səbəbdən artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar qarğıdalı yeməməlidir.

– Mədə və 12 barmaq bağırsağı xora xəstəliyi zamanı (kəskinləşmə dövründə) qarğıdalı yemək olmaz.

Bundan əlavə südverən analar da qarğıdalının istehlakından imtina etməlidir. Bu körpələrdə köp və qarın ağrılarına səbəb ola bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar