A24 Xeber

Yaz yorğunluğu yaşamamaq üçün çörək yeyin – Mövsümi məsləhət

Yaz yorğunluğu yaşamamaq üçün çörək yeyin – Mövsümi məsləhət
111
12 Aprel 2018 - 14:48

Fəsil dəyişkənliyi bəzi insanlarda zehni və fiziki problemlərin yaranmasına səbəb ola bilir. Yaz yorğunluğu və stressini atmaq üçün taxıl çörəyi yeməyi məsləhətdir.

Yaz – bahar ayları kimisinə enerji, canlanma hissi yaşatdığı halda, kimisində halsızlıq, yorğunluq hissi, əzələ ağrıları, yuxuya meyillilik, bədbinlik və diqqətin dağılması kimi sıxıntılara yol aça bilir. Lakin qidalanma zamanı edəcəyimiz bəzi dəyişikliklər yaz yorğunluğunu üzərimizdə rahat bir şəkildə atmağımıza kömək edəcək.

-Bahar aylarında artan stressi azaltmaq üçün enerji verən qidalar seçmək lazımdır. Tərkibində B qrupu vitaminləri yüksək olan qidalarla qidalanmalıyıq. Taxıl çörəyi, paxlalı bitkilər, göyərti, ət və süd məhsulları kimi…

– Antioksidant vitaminlər bədənimizin ətraf mühitin zərərli təsirlərinə qarşı davamlılığını artırır. C, E və A vitamini, selenium və sink antioksidant özəlliyə sahibdir.

C vitamini ilə zəngin olan vitaminlər: bunlara daxildir cəfəri, bibər, sitrus meyvələri, soğan, kərəviz, brokoli, çiyələk və kivi…

A vitamini ilə zəngin olan qidalar: balıq, yumurta sarısı, qırmızı ət, süd, qatıq, kök, qaysı, balqabaq, qovun, şaftalı, ispanaq, brokoli, tərə, cəfəri…

E vitaminli qidalar: bitki yağları, yağlı toxumlar, tərəvəz, yumurta, kəpəyi ayrılmamış un…

-Seleniumla zəngin olan qidalar: balıq, dəniz məhsulları, ət, taxıl məhsulları, yumurta, brokoli, kələm, kərəviz, soğan, sarımsaq, göbələk, turp…

Zink tərkibli qidalar: ət, balıq, süd, pendir, yumurta, dəniz məhsulları, yağlı toxumlar, paxlalı bitkilər, kəpəkli taxıl məhsulları…

Bahar fəslində gün ərzində 10-14 stəkan su içməliyik. Çünki gündəlik su ehtiyacının artırılması bu fəsildə dəyişən hormonal və ətraf mühitin təsirlərinin bədənimizdə yaradacağı şişkinliyi azaldacağı üçün çox əhəmiyyətlidir. Duzdan çox istifadə etmək isə bədəndə su ehtiyatını artıracaq ki, bu da sbədəndə yorğunluq hissi yaradacaq. Odur ki, çox duzdan istifadə etməyin.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00