A24 Xeber

Yazdığı reseptlərin pulunu ödəyən həkim, ilk təcili yardım maşını – SƏHİYYƏMİZİN ŞANLI TARİXİ – FOTOLAR

Yazdığı reseptlərin pulunu ödəyən həkim, ilk təcili yardım maşını – SƏHİYYƏMİZİN ŞANLI TARİXİ – FOTOLAR
1. 239
08 Mart 2017 - 15:55

İlk baxışdan mədəniyyətlə tibb ayrı-ayrı sahələr kimi görünsə də, tibbin bütün nailiyyətləri zaman keçdikcə mədəniyyətə çevrilir. Səhiyyə sahəsi estetik olaraq bəlkə əksər insanların düşüncəsində pozitiv görüntü yaratmır. Amma orta əsrlərdə istifadə olunmuş tibbi alətlər, ilk diplomlu həkimlər, ilk xanım həkimlər, ilk tibbi maşınların fotolarını görmək istəyən az adam yoxdur.
A24.Az unikal Azərbaycan Təbabəti Muzeyindən reportaj təqdim edir.
Bu muzey köhnə Qaraşəhər müalicəxanasının binasında yerləşir.
Aşağıdakı fotoşəkillər isə hansısa cəza alətləri deyil, orta əsrlərdə istifadə olunan cərrahiyyə alətləridir.
Növbəti guşədə qədim üsulla soyuqdəyməyə qarşı diarama (“bankaqoyma”) təqdim olunur.
Digər qədim xalq təbabəti üsularından olan qançıxarma əməliyyatında istifadə olunan alətləri görürük; ülgüc, həcəmət (buynuzdan hazırlanmış boru) və saxsı qab.
Günümüzə qədər effektini saxlayan dərman bitkilərinin nümayiş olunduğu bölmə də təbabət muzeyinin maraqlı guşələrindəndir.
Məşhur həkimlər ailəsi Mehmandarovlar…
XIX əsrin ilk təhsil alan azərbaycanlı həkimlər Qayıbovlar, Abdulxalıq Axundovun, Məmmədrza Vəkilovun, Kərimbəy Mehmandarovun fotoları, diplomları, dissertasiyaları və yazdıqları reseptlər qorunur.
Digər bölmədə isə Azərbaycanın ilk pediatrı Yevsey Gindesin fotosu və şəxsi əşyaları sərgilənir. Hansı ki, bu pediatr yanına müayinəyə gələn kasıb xəstlərin reseptinə böyük möhür, qismən varlıların reseptinə isə kiçik möhür vururdu. Sonra Əczaxanada bütün böyük möhürlü reseptlərdəki dərmanların pulunu özü ödəyirmiş.
Şərqdə qadın çadrasından və evinin kəndarından çıxa bilmədiyi bir dönəmdə xaricdə təhsil alıb vətəninə xidmət edən qadın həkimlər…
XIX əsrdə infeksion xəstəliklərə yoluxan Bakı neftçiləri…
XX əsrin əvəllərində atılmış körpələrin tələf olmaması naminə tərbiyyə evləri yaradılır və uşaqların qoyulması üçün divarlara xüsusi qutular yapışdırılır. Hansı ki, bu qutular mütəmadi yoxlanar, bura qoyulan körpələr tərbiyyə evinə gətirərək onlara qayğı göstərilirdi – Bakı. 1917.
Azərbaycanın ilk ali təhsilli həkimləri…
Əfsanəvi general Əliağa Şıxlinskinin həyat yoldaşı, həkim Nigar xanım Şıxlinskaya…
Azərbaycanın ilk səhiyyə naziri Xudadat bəy Rəfibəyli.
Azərbaycanda ilk təcili tibbi yardım maşını. Mixaylov xəstəxanası.
SSRİ səhiyyə komissarı Semaşko və Azərbayxan səhiyyə komissarı N. Qədirli (İsrafilbəyov). Qədirli bir neçə il sonra repressiya olunacaq, küliyyatı məhv ediləcəkdi…
Alman mühəndisi Yeger. O, Naftalan neftindən xüsusi məhlul hazırlayaraq tərkibini gizli saxlayır və bu məhlul Fransa da daxil olmaqla əksər ölkələrin qadın salonlarında qırışa qarşı istifadə olunan ən bahalı pereparat olur.
Qırmızı Aypara Cəmiyyətinin tibb bacılarının hazırlanması üzrə ilk türk məktəbi. Təsisçilər Ə.Şıxlinski və N.Şıxlinskaya.

Üzeyir Hacıbəyovun həkim qohumu Reyhan xanıma yazdığı avtoqraf.
Topçubaşovun icad etdiyi bədəndən yad cism çıxarma aləti.
Bu lövhədə isə Azərbaycanın bu günə qədər təyin edilmiş səhiyyə nazirlərini görürük.

 

Sərdar Amin, A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00