Yazıçı Anarın qızına yeni vəzifə verildi

Yazıçı Anarın qızına yeni vəzifə verildi
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Rzayeva yeni vəzifəyə təyin edilib.
A24.az modern.az-a istinadən xəbər verir ki, Günel Rzayeva bir neçə gün öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və açılışı olan Bakı Kitab Mərkəzinin direktoru təyin edilib.
Yazıçı, publisist və jurnalist, türkoloq Günel Rzayeva BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil alıb. O, bundan əvvəl “Pəncərə”, “Ölkəm”, “Azercell” jurnallarının baş redaktoru vəzifələrində işləyib.
Günel Rzayevanın direktoru olduğu Bakı Kitab Mərkəzi ictimaiyyət üçün açıq olacaq.
Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda Mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.
Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kitab satışı ilə yanaşı, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.
Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.
Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə biləcəklər.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar