Yemək yeyərkən söhbət etmək olarmı?

Yemək yeyərkən söhbət etmək olarmı?
Want create site? Find Free WordPress Themes and plugins.

Bizə ta uşaq vaxtından öyrədilən bəzi ədəb qaydalarında “yemək yeyərkən danışmaq olmaz” da var. Danışa-danışa yemək həm sağlamlıq baxımından təhlükəli hesab olunur, həm də etik cəhətdən düzgün qiymətləndirilmir. Təhlükəli tərəfi odur ki, danışarkən qida nəfəs borusuna keçə və ağır fəsadlara yol aça bilər. Bəs bu barədə yanaşmalar necədir?

“A24.az” bildirir ki, böyük İslam alimi İmam Qəzali yemək yeyərkən söhbət etməyi  ədəb qaydası kimi qiymətləndirib. Amma bununla bağlı dində heç bir qadağa yoxdur. Hətta yüksək əhval-ruhiyyə və xoş üzlə masa ətrafında əyləşmək daha gözəl qarşılanır.

Dini mənbələrdə yemək zamanı danışmağın sünnət olduğu haqda ciddi qaydalar mövcud deyil.  Bu mövzuda Hz. Peyğəmbərin (a.s.)  konkret bir əmri yoxdur. Buna görə də yanaşmalar belədir ki, yerinə, mövzuya görə danışmaq çox gözəl olardı. Xüsusi ilə qonaq olduqda, məclisdə söhbət etmək, yemək masasında xoş söhbətlər aparmaq həm səliqəli, həm də gözəl ürəkaçan bir mənzərədir.

Söhbəti ağızdakı yeməyi udduqdan sonra, ağız boş olduqda etmək həm etik, həm də sağlamlıq cəhətdən daha məqsədəuyğundur.

Aqrobiznes.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar