Yəmən BƏƏ-yə hədə-qorxu gəldi: Artıq təhlükəsizlikdə deyilsiniz

Yəmən BƏƏ-yə hədə-qorxu gəldi: Artıq təhlükəsizlikdə deyilsiniz
Want create site? Find Free WordPress Themes and plugins.

Yəmən Ordusunun sözcüsü Şərəf Qalib Lokman Yəmənin qərb sahillərində qarşıdurmanın artmasıyla bağlı verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin bundan sonra təhlükəsiz şəraitdə olmayacağını və raket hücumlarının hədəfində olacağını söyləyib.

“A24.az” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyində məlumat verilib.

Xəbərdə yer alan məlumata görə, Şerif verdiyi açıqlamada BƏƏ-nin bu xəbərdarlığı nəzərə almasını istəyib. Yəmən Ordusunun sözcüsü açıqlamasında BƏƏ Yəmənin qərb sahillərində müharibəni gücləndirəcəyi təqdirdə Yəmən Ordusu və xalqın qüvvələrinin güclü cavabları ilə qarşı-qarşıya qalacağını bildirib.

Bundan başqa Yəmən Ordusu Müdafiə naziri General Muhamməd Nasır Əl Atefi də cümə günü verdiyi açıqlamasında cəhənnəm qapılarının təcavüzkarların üzünə açıq olduğunu bildirib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri İŞİD və Əl-Qaidə terror təşkilatına qarşı mübarizə aparmaq adıyla Yəməndəki “Ensarullah” hərəkatıyla savaşmaq üçün bu ölkədədir. Yəmənə qarşı müharibədə BƏƏ-yə məxsus yüzlərlə əsgər ölmüş və yaralanmış, çoxlu sayda silah-sursat, gəmi və pilotsuz uçuş aparatları məhv edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar