Yəməndə husilər 814 qadını öldürdü

Yəməndə husilər 814 qadını öldürdü
Want create site? Find Free WordPress Themes and plugins.

Yəmənin insan hüquqları üzrə müdafiə naziri Muhamməd Asker husilərin müharibə başlayandan 814 qadını öldürdüyünü, 4179-nu yaraladığını bildirib.

“A24.az” bildirir ki, bu barədə məlumat hökumətin xəbər agentliyi SABA-da dərc olunub. Həmçinin Yəmənin insan hüquqları üzrə müdafiə naziri Muhamməd Asker bu haqda Cenevrədəki İsveçrə Media Klubunda keçirilən seminarda da danışıb:

Nazir husilərin müharibənin başladığı tarixdən may ayına qədər 814 qadını öldürdüyünü, 4179 qadının isə yaraladığını bildirib. Bundan başqa qadınların köçməsi, həbs olunması, hücuma, təcavüz, cinsi və əxlaqi şiddətə məruz qaldıqları deyilib.

Nazir həmçinin uşaqlara qarşı öldürmə, şikəst qoymaq, məcburi əsgər aparmaq, qaçırmaq, məktəblərə hücum və cinsi istismar kimi hallara yol verildiyini qeyd edib.

Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə husilər 2014-cü ildən bu yana paytaxt Sana və bəzi bölgələrin idarəçiliyini əllərinə alıblar. Səudiyyə Ərəbistanının tabeliyində olan koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə dəstək verir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar