Yəməndən ərəblərə: "Cəhənnəmin qapısı açıldı"

Yəməndən ərəblərə: “Cəhənnəmin qapısı açıldı”
Want create site? Find Free WordPress Themes and plugins.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gündən etibarən Yəmən ordusunun raketlərinin hədəfində olacaq.

A24.Az xəbər verir ki, bu açıqlama ilə Yəmən ordusunun sözçüsü Şərəf Qalib Lokman çıxış edib.

“BƏƏ bu xəbərdarlığımıza diqqət etsin”, – deyə o, bildirib.

Yəmən ordusunun Müdafiə naziri general Məhəmməd Nasir əl-Atəfi isə cəhənnəmin qapılarının düşmənlərinin üzünə açıldığını söyləyib.

Digər tərəfdən BƏƏ-nin Xarici İşlər naziri Ənvər Qarqaş Yəməndə 3 il ərzində məğlubiyyətə uğradıqlarını etiraf edib.

Xatırladaq ki, 19 mart 2015-ci ildən bu yana Yəməndə İran dəstəkli husilərlə Səudiyyə Ərəbistanı və BƏƏ-nin liderlik etdiyi Ərəb koalisiyası arasında müharibə davam edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar