A24 Xeber

Yəməni dağıtması üçün Səudiyyə Ərəbistanına biz kömək etdik – Nazirdən şok açıqlama

Yəməni dağıtması üçün Səudiyyə Ərəbistanına biz kömək etdik – Nazirdən şok açıqlama
33
04 İyun 2018 - 22:12

“El-Mesire” televiziyasının bildirdiyinə görə, İngiltərə Xarici İşlər Naziri Boris Conson Yəməndəki hərbi qüvvələrin Səudiyyə koalisiyasının nəzarəti altında olmadığını, əksinə birbaşa Londondan göstəriş aldıqlarını, başda bir sözlə İngilis qüvvələrinin Yəmən əleyhinə müharibəyə başçılıq etdiklərini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, XİN rəhbəri 17 may tarixində Səudiyyə Vəliəhdi Məhəmməd Bin Salman ilə görüşdüyünü və Londonun Ərəbistanın təhlükəsizliyi qarşısında özünü məsul bildiyi barədə ona təminat verdiyini deyib.

Qeyd edək ki, dünən gecə Yəmənin müxtəlif təbəqələrində Yəmən ordusu və müdafiə qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlarda, Səudiyyə rejiminin bu briqadasının darmadağın edildiyi bildirilib. Bu əməliyyatda 75 Səudiyyə rejimi tərəfdarı ölüb, 10 nəfəri isə əsir alınıb.

Yəmən müdafiə naziri General-mayor Məhəmməd Nasir el-Atifi dünən, cəhənnəm qapılarını təcavüzkarlara açacaqlarını bildirmişdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00