Yeməyinizə milçək qonarsa, o yeyilməlidirmi?

Yeməyinizə milçək qonarsa, o yeyilməlidirmi?
Want create site? Find Free WordPress Themes and plugins.

“Milçək bir şey deyil, amma mədə bulandırır” deyə bir deyim var. Həmçinin milçəyin sağlamlığınızı ciddi şəkildə təhdid etmə potensialının olduğunu da söyləmək lazımdır.

Bəzən yemək yeyərkən ətrafımızda milçəklərin uçuşduğuna, hətta qaşla göz arasında yeməyimizə göz dikdiyinə şahid oluruq.

Məsələn, siz yemək yeyərkən bir milçək gəldi və çörəyin üzərinə qondu. Bir neçə saniyədən sonra da uçub getdi. Bu halda həmin çörəyi yeyə bilərikmi?

“A24.az” xəbər verir ki, “huffingtonpost”da yer alan xəbərə görə bir çox restoran sahibi milçəklərin hamam böçəkləri ilə müqayisədə 2 qat daha mundar olduğunun fərqində deyil. Xüsusilə də qara milçəklər…

Evlərdə tez-tez təsadüf olunan milçəklər tullantı və zibillikləri sevirlər. Dolayısıyla bu maddələri də üzərlərində daşıyır və bir qidanın üzərinə qonduğu zaman sağlamlığa ziyan olan tullantıları qida maddələrinə bulaşdırırlar.

Milçəklər bir çox insanın qanını daşıya bildikləri üçün başqa birinin vücudunda olan mikrobu da bizə keçirə bilirlər. Və bu yazdıqlarımız minlərlə ağcaqanad növü üçün keçərlidir.

Yəni yeməyinizə qısa müddətə də olsa bir milçək qonarsa, qidaya mikrob keçə bilir və siz o yeməyi yediyiniz zaman mikrob keçirə, temperaturunuz qalxa, baş gicəllənməsi, başda ishal olmaqla bir çox narahatlıqlarla üzləşə bilərsiniz.

Orkinin 300 nəfərin iştirakı ilə gerçəkləşdirdiyi araşdırmaya görə, insanlar restoranlarda bu tip canlıları görüncə yemək yemək istəmir.

Sidney Universitetindən Cameron Web isə şəhərdəki milçəklərin kəndlərdəki ağcaqanadlardan daha gigiyenik olduğunu bildirib. Çünki kəndlərdə heyvan tullantıları və buna bənzər mundar maddələr milçəklər üçün daha əlçatan olur:

“Ağcaqanadlar bir çox bakteriya və virusu daşıya bilir, ancaq yeməyə bircə dəfə qonması və o yeməyin yeyilməsi, sizi xəstə eləməz” deyə qeyd edib.

Amma yenə də diqqətli olmaqda fayda var…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar