Yenə məhsulundan siçan nəcisi çıxdığı iddia edilən "Səhliyalı" nə dedi? - AÇIQLAMA

Yenə məhsulundan siçan nəcisi çıxdığı iddia edilən “Səhliyalı” nə dedi? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Səhliyalı” barədə növbəti ittiham xarakterli iddialar səsləndilib.

“A24.az” bildirir ki, bu barədə geniş bir yazı “Publika.az” saytında dərc edilib. Rəhim İsmayılov adlı şikayətçinin iddiasına görə, “1000 bərəkət, halal nemət” şirkətinə məxsus aldığı “Sacüstü” sosiskasından siçan nəcisi çıxıb. Qeyd edək ki, “siçan nəcisi” iddiası şirkətin məhsulları haqqında səsləndirilən ilk hal deyil. Bundan əvvəlki açıqlamalarında olduğu kimi şirkət yenə də məhsulunun təmiz və standartlara cavab verdiyini aşağıdakı şəkildə qeyd etdi:

Rəhim İsmayılovun iddia etdiyi siçan nəcisli sosisin fotosu

Şirkətin Keyfiyyətə Nəzarət Departamentinin müdiri Yusifzadə Şəhla Natiq qızı açıqlamasında siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabər olduğunu dedi:

“Siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabərdir. Çünki bizim müəssisədə 2011-ci ildən İSO 22000 – “Təhlükəsizlik Sistemlərinin İdarə Olunması” tətbiq olunub. Burda “Best Control” deyilən prosedurumuz var, yəni ziyanvericilərlə mübarizə prosedurudur. Hazırda biz 4 dövlət qurumu ilə müqavilə bağlamışıq. Bundan başqa müəssisəmizdə Abşeron rayon baytarlıq mərkəzinin nümayəndəsi əyləşib. Yəni bizim özümümüzün baytar həkimimiz var.

Hər həftənin iki günü, xüsusən də 5-ci günləri bizim müəssisədə təmizlik günüdür. Həmin günü müəssisəmiz işləmir, bütün həyətyanı ərazilər, avadanlıqlar, zavodun daxili dezinfeksiya olunur. Burda hər bir ziyanvericinin özünə uyğun dərmanlar var. Bundan başqa ayda bir neçə dəfə dövlət qurumlarından müəssisəmizə gəlib nəzarət edirlər. Ona görə də bizim müəssisədə hansısa ziyanvericinin dolaşması, girməsi belə mümkün deyil.

İkincisi, gəlin belə bir ehtimal yürüdək ki, məhsulun içərisinə siçan nəcisi daxil olub. Onu deyim ki, müəssisəmizdə kolbasa hazırlanan texnoloji qurğunun dişləri elə sürətlidir ki, ora diri bir şeyin girməsi və ya həmin nəcisin orda qalması mümkün olan bir şey deyil. Hətta bundan sonra kolbasa məhsulu bir neçə emal prosesi keçir. Kolbasalar bişirilir, hisə verilir, qızardılır, qaynadılır, buxara verilir və sair.

Üçüncüsü, gülməli məsələdir, yazılan iddiada ad yazılıb, amma ünvan, əlaqə vasitəsi qoyulmayıb. Bəs iddiada adı çəkilən sosiska hansı tarixdə istehsal olunan məhsulumuzdur? Bunlar haqda heç bir məlumat verilməyib. İstənilən adam qara nöqtəni məhsulun üzərinə qoyub şəklini çəkə bilər.

Bundan başqa, bu kimi iddiaları təyin eləmək üçün dövlət qurumu var: Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi. Həmin məhsulu bizə təqdim edərdi, araşdırılması üçün biz də aparıb həmin mərkəzə analiz verərdik və dəqiq bilinərdi. Yalnız həmin dövlət qurumunun hüquqi cəhətdən səlahiyyəti çatır ki, məhsulda aşkar edilən yad cismi müəyyən etsin, onun ora necə gəlib düşdüyünü araşdırsın.

“Səhliyalı” şirkətinin kolbasa və sosislərinin keyfiyyətindən şübhələnən hər bir şəxs “açıq qapı” günlərində istehsal prosesini canlı şəkildə izləyə bilər.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar