A24 Xeber

Yenə Türkiyədə ən böyük mükafatı Ramil Quliyev qazandı – VİDEO

Yenə Türkiyədə ən böyük mükafatı Ramil Quliyev qazandı – VİDEO
78
06 Aprel 2018 - 14:57

Türkiyənin ən məşhur mükafatlandırma mərasimlərindən biri olaraq göstərilən və 64 ildir keçirilən “Gillette Milliyet”in təşkil etdiyi “İlin idmançısı” mükafatı sahiblərinə qovuşub.

“A24.az” xəbər verir ki, Türkiyədə keçirilən mərasimində ən böyük mükafat azərbaycanlı atlet Ramil Quliyevə təqdim edilib.

Belə ki, Türkiyə idman cəmiyyətinin bir araya gəldiyi gecədə “İlin idmançısı” mükafatını Dünya Atletika Çempionatında 200 metr məsafəni qət edərək çempion olan Ramil Quliyev qazanıb.

Bundan başqa, bu il Çempionlar Liqasının qrup mərhələsinə qalaraq Azərbaycan futbol tarixi üçün uğura imza atan Qarabağ Futbol Klubu isə xüsusi mükafatın sahibi olub.

“A24.az” Türkiyə mediasında yayımlanan xəbəri təqdim edir:

A24.az / MTM

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00