A24 Xeber

Yeni CƏRİMƏ TƏTBİQ EDİLƏCƏK: Qüvvəyə minmə tarixi isə…

Yeni CƏRİMƏ TƏTBİQ EDİLƏCƏK: Qüvvəyə minmə tarixi isə…
69
24 Aprel 2018 - 11:22

İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik taxoqrafdan istifadə ilə bağlıdır.

“A24.Az” xəbər verir ki, bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir.

Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcəklər.

Bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

O, bunun hansı nəqliyyat vasitələrinə şamil edəriləcəyini belə açıqlayıb: “Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:

– icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);

– şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istıfadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).

Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur”.

Ekspert taxoqraflara görə, cərimə məsələsinə də aydınlıq gətirib: “Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir.

Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz.

Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00