Yeni doğulan körpəni canlı-canlı torpağa basdırdılar – 8 saatdan sonra şok yaşandı - FOTOLAR

Yeni doğulan körpəni canlı-canlı torpağa basdırdılar – 8 saatdan sonra şok yaşandı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Braziliyada yenicə dünyaya gələn körpə canlı-canlı torpağa basdırılıb. Lakin 8 saat torpağın altında qalan körpə möcüzəvi şəkildə həyatda qalmağı bacarıb.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, yeni doğulan körpəni iki polis xilas edib. Belə ki, polislər yeri qazaraq körpəni torpağın altından çıxarıb. Onlardan biri uşağı ölü tapacağını düşünüb, lakin yaşadığını görən zaman həyəcanlanıb və “yaşayır, təcili yardım çağırın” deyərək qışqırıb.

Polis məmuru “körpənin bədənindəki bütün sümüklər qırılıb” ifadəsini işlədib. Ambulansda oksigen verilərək xəstəxanaya çatdırılan körpə reanimasiyaya aparılıb. Həkimlər körpənin müalicə olunduqdan sonra vəziyyətinin yaxşı olduğunu deyib.

Polis məmurları uşağın ölməsiylə bağlı məlumat almadıqlarını, hadisəylə bağlı çağırış aldıqdan sonra körpəni axtarmağa başaldıqlarını deyiblər. Polis şefi Paulo Bazerra “məni ən çox təəccübləndirən şey balaca qızın 8 saat torpağın altında necə sağ qala bilməsiydi. Bu həqiqətən möcüzədir” deyib.

Daha sonra körpənin anası polis tərəfindən sorğu-sual olunub. Körpəni özbaşına evdə dünyaya gətirən gənc ana nəzarət olunması üçün xəstəxanaya aparılıb. Körpənin nənəsi isə cinayətə təşəbbüs etdiyi üçün həbs edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya, Kriminal, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar