Yeni icra başçısı kimdir? - DOSYE

Yeni icra başçısı kimdir? – DOSYE
Want create site? Find Free WordPress Themes and plugins.
Xəbər veridiyimiz kimi, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Artıq 10 gündür vəzifəsini icra edən Binəqədinin yeni başçısının tərcümeyi-halı barədə məlumat açıqlanıb.
Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən məlumata əsasən, Elxan Şamil oğlu Allahverdiyev 15 iyun 1960-ci il tarixində Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib.
Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb.
1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firmasının kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyəti sədrinin müavini vəzifələrində işləyib.
2017-ci ildən son təyinatadək “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb. //qaynarinfo
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar