A24 Xeber

Yeni icra başçısı kimin oğludur?

Yeni icra başçısı kimin oğludur?
624
19 May 2018 - 13:32
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilir.
A24.Az Axar.Az-a istinadla xəbər verir ki, bu haqda İcra hakimiyyətindən məlumat verilib. icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edir.
Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.
R.İbrahimovla bağlı məlum olan yeganə fakt onun neftçi olmasıdır. O, 19 sentyabr 2014-ildə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Digər maraqlı məqam isə onun məşhur neftçi Hüseyn İbrahimovun oğlu olması ehtimalıdır.
1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olan H.İbrahimov 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984-1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilib.
XII çağırış (1989-1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olub.
Naftalan İH-dən Rövşən İbrahimovun Hüseyn İbrahimovun oğlu olub-olmadığını da bilmədiklərini qeyd etdilər.
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00