Yeni nazir Sumqayıt futbol klubundakı vəzifəsindən istefa verdi 

Yeni nazir Sumqayıt futbol klubundakı vəzifəsindən istefa verdi
Want create site? Find Free WordPress Themes and plugins.

 “Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

A24.Az xəbər verir ki, toplantıda şuranın 7 üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak ediblər.

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunduğundan Müşahidə Şurasına müraciət edərək üzvlükdən azad olunmasını istəyib. İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov, öz növbəsində, Muxtar Babayevə 8 il ərzində “Sumqayıt”a və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda isə Muxtar Babayevin müraciəti qəbul edilib və onun Müşahidə Şurası üzvlüyündən azad olunması qərara alınıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar