Yeni nazirdən Cocuq Mərcanlı sakinlərinə ŞAD XƏBƏR

Yeni nazirdən Cocuq Mərcanlı sakinlərinə ŞAD XƏBƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. 

A24.Az-ın APA-ya isitinadla xəbərinə görə,  nazir Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla birgə Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib. Daha sonra Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşüb. Görüş zamanı nazir İ.Kərimov sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların pulsuz xidmət göstərəcəyini deyib. Eyni zamanda bütün torpaq sahələrinə əkiləcək hər növ toxumun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pulsuz veriləcəyini deyib.

Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpnində nazir İ.Kərimov da iştirak edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar