Yeni NAZİRLƏRİN İLK ÜMUMİ TAPŞIRIĞI...

Yeni NAZİRLƏRİN İLK ÜMUMİ TAPŞIRIĞI…
Want create site? Find Free WordPress Themes and plugins.

Nazirlər Kabinetinin yeni tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşları qəbul günləri açıqlanıb.

A24.Az modern.Az-a istinadla xəbər verir ki, Nazirlər Kabineti bəyan edib ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır. Rayonlara göndərilənlər arasında yeni nazir və komitə sədrləri də diqqət çəkir. Söz yox ki, qəbula gələnlər arasında köhnə nazirlərdən şikayət edənlər az olmayacaq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu vəzifədə ilk qəbul gününü AğcabədidəkiTaxtakörpü qəsəbəsində keçirəcək. O, mayın 30-da burada Laçın (Taxtakörpü), Ağcabədi, Bərdə sakinlərini qəbul edəcək.
Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi ilk qəbulunu Mingəçevirdə keçirəcək. S.Babayev mayın 18-də Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboydan olan şikayətçiləri dinləyəcək.
Kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulu da mayın 18-də Yevlaxda olacaq. Yeni nazirYevlax, Goranboy, Göygöl, Daşkəsən, Samux sakinlərini narahat edən məsələləri araşdıracaq.
Təhsil naziri Ceyhun Bayramov Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz sakinləri üçün 21 may tarixində Xızıda qəbul keçirəcək.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbulu mayın 25-də Bərdədə keçiriləcək. Təzə nazir Bərdə, Ağdam, Ağcabədi, Tərtər sakinlərindən gələn şikayətlərə baxacaq.
Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax rayonunun sakinləri üçün mayın 29-da Tovuza gedəcək.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar