Yeni nəsil "F-35" qırıcıları Türkiyəyə təhvil verildi

Yeni nəsil “F-35” qırıcıları Türkiyəyə təhvil verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Yeni nəsil F-35 döyüş təyyarəsi Türkiyə HHQ-nə təhvil verilib.

“A24.az” bildirir ki, bu haqda cümə axşamı Türkiyə mətbuatı xəbər verib.

F-35 qırıcı təyyarələrinin təhvil verilmə mərasimi istehsalçı “Lokid Martin”in Fort Urtda yerləşən zavodunda keçirilib.

İlk iki təyyarə gələn ilin iyul ayında 13 Türkiyə HHQ-nin pilotun və 225 texniki servis komandasının təlimi üçün Arizonada yerləşən hərbi bazaya gedəcək. İlk F-35 təyyarəsi Türkiyəyə 2019-cu ilin noyabr ayında çatmalıdır.

“Lockheed Martin F-35 Lightning II” “Lockheed Martin” firması tərəfindən hazırlanmış çoxfunksiyalı beşinci nəsil qırıcı-döyüş təyyarələridir. Həmin təyyarə üç variantda istehsal olunur: ABŞ Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş yerüstü qırıcı təyyarə (CTOL), ABŞ dəniz piyadaları Korpusu və Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş qısa qalxma və şaquli eniş (STOVL) funksiyalarına malik qırıcı və ABŞ Hərbi Dəniz Qüvvələri üçün göyərtə qırıcısı (CV).

“Lockheed Martin”in rəhbərlik etdiyi konsorsiuma həm də “Northrop Grumman” korporasiyası, “Pratt & Whitney”, “Rolls-Royce Plc Allison” və “British Aerospace” şirkətləri daxildir. Ayrı-ayrı detal və qovşaqlarının hazırlanmasında Paldmeyldə (Kaliforniya) yerləşən “Skunk works” və “Aeronautical Systems” şirkətləri iştirak edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar