A24 Xeber

Yeni Orfoqrafiya lüğətinin nəşr ediləcəyi TARİX BƏLLİ OLDU

Yeni Orfoqrafiya lüğətinin nəşr ediləcəyi TARİX BƏLLİ OLDU
28
01 Avqust 2018 - 12:07

Azərbaycan ictimaiyyəti 2019-cu ildə müstəqillik dövrünün yeni Orfoqrafiya lüğətini əldə edəcək. Bu, bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq.

A24.Az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, orfoqrafiya qaydaları üzərində 5 ay davam edən müzakirələr və bu müzakirələr əsasında Azərbaycan dilçiliyinin bir çox məsələləri barədə ilk dəfə deyilən fikirlər builki Ana dili gününə alimlərin dəyərli hədiyyəsidir: “Artıq Orfoqrafiya qaydaları haqqında müzakirələr başa çatıb. Yay tətili bitəndən sonra Orfoqrafiya Komissiyası qaydalar haqqında yekun müzakirələri aparıb elmi qənaətlərə gələcək. Sentyabr ayında keçiriləcək Orfoqrafiya Komissiyasının növbəti iclasında qaydalar haqqında müzakirələrə yekun vurulacaq. Bunun əsasında Azərbaycanda müstəqillik dövründə sistemli şəkildə ilk dəfə, elmi cəhətdən əsaslandırılmış Orfoqrafiya qaydaları təsdiq olunacaq. Yeni qaydalar əsasında müasir tələblərə cavab verən yeni Orfoqrafiya lüğəti hazırlanacaq”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00