Yeni sədr Gömrük Komitəsində bu şəxsləri işdən çıxaracaq - AÇIQLAMA

Yeni sədr Gömrük Komitəsində bu şəxsləri işdən çıxaracaq – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir”.

“A24.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu baxımdan strukturda, ümumiyyətlə, gömrük biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq. “Gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanında xidmət göstərən əməkdaşlar qanuni ticarətdən olan tərəflər olaraq fəaliyyətlərini quracaqlar, qanunsuz əməllər üzrə qəti imkan tədbirləri seçilib. Xüsusilə gömrük orqanlarında əməkdaşlar üçün ilkin müşavirələr keçirilib. Bütün rəhbərlərə bu sahədə göstərişlər verilib. Bundan sonra da prezidentimizin apardığı islahatların daha da dərinləşdirilməsi, daha da şaxələndirilməsi üzrə işlərimiz davam etdiriləcək,” – deyə S. Mehdiyev qeyd edib.

DGK sədri bildirib ki, gələcəkdə ilk növbədə sahibkarlar rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaq üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklər. “Şəffaf mühitin formalaşdırılması Azərbaycan gömrüyünün nüfuzunu daha da ucalara qaldıracağıq. Struktur istiqamətində də yaxın zamanda yeni təkliflərimiz, yeni qərarlarımız olacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar