Yeni sistem robotları jestlər və düşüncə ilə idarə edəcək

Yeni sistem robotları jestlər və düşüncə ilə idarə edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tərtibatçıları robotları fikrin gücü və xüsusi jestlər vasitəsilə idarə etməyə imkan verən unikal sistem hazırlayıblar.

A24.Az xəbər verir ki, söhbət institut alimləri tərəfindən ötən il hazırlanan texnologiyanın yeni versiyasından gedir. İlkin variantda robotlar yerinə yetirdikləri iş plana uyğun olmayan zaman müstəqil dayanırdılar, lakin sistemin təkmilləşdirilmiş versiyasında prosesə qurğuya səhvini göstərə bilən operator müdaxilə edəcək.

Bildirilir ki, operator və robot arasında “ünsiyyət” prosesini qurmaq üçün alimlər beyin siqnallarını elektroensefaloqram vasitəsilə oxuyan xüsusi “papaq” yaradıblar.

“İnsan robotu müşahidə edir və onun buraxdığı səhvləri qeydə alır. Bu halda robot qurğunun mükəmməl olmaması səbəbindən səhvlərin olduğu müəyyən adi işi görür. Lakin indi onlara yeni keyfiyyət dərəcəsi ilə düzəlişlər etmək mümkün olacaq”, – texnologiya yaradıcıları bildirib.

Texnologiyanın fərqləndirici cəhəti sistemə operatorun “fikirlərini” avadanlığı onun beyninə uyğun dəqiq kalibrləmədən oxumağa imkan verən universallığındadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar