A24 Xeber

Yeni tapılan meteoritin tərkibində brilyantdan daha sərt mineral aşkar edilib

Yeni tapılan meteoritin tərkibində brilyantdan daha sərt mineral aşkar edilib
40
02 Avqust 2018 - 16:55

Rusiya alimləri Sibirə düşən meteoritin tərkibində brilyantdan daha sərt mineralın kəşf edildiyini bildiriblər.

A24.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Geologiya İnstitutu, Ural və Novosibirsk universitetlərində görkəmli alimlərin araşdırdığı meteoritin tərkibində “uakitite” adı verilən və brilyantdan daha sərt mineral aşkarlanıb.

Hazırda sirli mineral haqqında daha çox məlumat əldə etmək üçün laboratoriya işləri aparılır. Alimlər mineralın görünüşünü “metal parıltıya malik sarı və şəffaf” olaraq xarakterizə ediblər.

Mineralın kub kristallar və ya dairəvi dənəciklər əmələ gətirdiyi, dənəciklərin 5 mikrometrdən daha kiçik olduğu qeyd edilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00