Yeni təklif: Türkdilli ölkələr üçün VAHİD VİZA SİSTEMİ

Yeni təklif: Türkdilli ölkələr üçün VAHİD VİZA SİSTEMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.

Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın “Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı “İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-ü Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar