Yeni texnologiya TELEFONLAR pasportları ƏVƏZ edəcək

Yeni texnologiya TELEFONLAR pasportları ƏVƏZ edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Patent və Əmtəə Nişanları Bürosu “Apple” şirkətinin “iPhone” smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb.

A24.Az “RİA” agentliyinə istinadla xəbər verir ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrələnmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur.

Şirkət qurğudan informasiyanı radiotezlik identifikasiya texnologiyası – məsələn, əksər smartfonlarda istifadə edilən “NFC” vasitəsilə ötürməyi planlaşdırır. Mütəxəssislərin planına görə, məlumatların qanunsuz müdaxilələrdən mühafizəsini “Touch ID” və “Face ID” biometrik identifikasiya texnologiyaları təmin edəcək.

Konsepsiya geniş sahələri əhatə edə bilər: onu həm özəl şirkətlər (məsələn, əməkdaşlar üçün buraxılış sistemində), həm də dövlətlər (pasport yoxlanışında) tətbiq edə bilər.

“Apple” şirkətinin hər həftə büroya çoxlu müraciətlər göndərməsinə baxmayaraq hazırlanan texnologiyaların cüzi hissəsi son məhsullarda tətbiq olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar