Yeni TƏYİN EDİLMİŞ SƏDR kollektivə təqdim edildi

Yeni TƏYİN EDİLMİŞ SƏDR kollektivə təqdim edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, Xarici İşlər Nazirliyinin (XİN) idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Bu barədə “Report”a XİN-in mətbuat xidmətindən məlumat verilib.

İclasda xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Elmar Məmmədyarov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-nin qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.

İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd olunub.

Qeyd edək ki, xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və petnt üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar