Yer kürəsini "Venera"nın taleyi gözləyir: Dəhşətli istilər həyatı məhv edəcək - Xokinqdən XƏBƏRDARLIQ

Yer kürəsini “Venera”nın taleyi gözləyir: Dəhşətli istilər həyatı məhv edəcək – Xokinqdən XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Yer kürəsində davam edən qlobal istiləşmə həyatı dözülməz edəcək.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu haqda dünya şöhrətli alim, britaniyalı fizik Stiven Xokinq “Sevimli yerlər” video layihəsində danışarkən deyib.

Professor hesab edir ki, əgər parnik effekti problemi həll edilməyəcəksə, Yer Kürəsində “Venera” planetində olanlar təkrarlana bilər. NASA tədqiqatlarına əsasən, dörd milyard il əvvəl Venera Yer kürəsini xatırladırdı – orada su, bitki olub, temperatur isə indiki yer planetinə uyğun olub. Ancaq atmosferdə qazların yığışması tümpuraturun 460 dərəcəyə qədər yüksəlməsi Venerada dəhşətli istilərin yaranmasına səbəb oldu.

Nəzərə alaraq ki, Yer kürəsinin yaşı 4,5 milyard il təşkil edir. Bəşəriyyət üçün artıq 200-500 ildən sonra yeni “ev” axtarmaq lazım olacaq, – deyə Xokinq proqnozlaşdırır.

Orxan Aslanlı, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar