Yerevanda etirazçılara hərbçilər də qoşuldu - FOTO

Yerevanda etirazçılara hərbçilər də qoşuldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları davam edir.

“A24.az” bildirir ki, bu gün Yerevanda aksiya iştirakçıları arasında hərbi formalı onlarla şəxs də yer alıb.

Onlar Ermənistan Silahlı Qüvvələrində xidmət etdiklərini bildiriblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyi münasibət bildirməyib.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda 2008-ci ildən ölkəyə rəhbərlik edən S.Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aksiyalar keçirilir.

Hazırda nümayişçilər lidersiz qalıblar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar