Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı - CANLI İZLƏ

Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı – CANLI İZLƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Yerevanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb.

“A24.az” xəbər verir ki, N.Paşinyan aprelin 25-də hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini bəyan etsə də, ötən gün məlum oldu ki, görüş baş tutmayacaq.

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan bildirib ki, N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Müxalif deputat isə öz növbəsində elan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar