A24 Xeber

Yerevanda müxalifətin mitinqi yenə başladı

Yerevanda müxalifətin mitinqi yenə başladı
29
21 Aprel 2018 - 15:00

Şənbə günü Ermənistan müxalifəti Yerevanda etiraz aksiyalarını yenidən bərpa edib.

A24.Az-ın məlumatına görə, “TASS” müxbiri mitinq səbəbindən səhər saatlarından başlayaraq paytaxtda mərkəzi küçələrdə hərəkətin iflic olduğunu bildirib.

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00