Yerevanda yenə etiraz aksiyası: bu dəfə səbəbkar baş prokurordur - FOTOLAR

Yerevanda yenə etiraz aksiyası: bu dəfə səbəbkar baş prokurordur – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında təqribən 100 nümayişçi Yerevanda Ermənistan Baş Prokurorluğunun binasının qarşısına toplaşıb.

“A24.az”ın “news.am”a istinadən verdiyi məlumata görə, onlar baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Piketin təşəbbüskarı, hüquq müdafiəçisi Vardqes Qaspsari “biz tələb edirik ki, baş prokuror Davtyan aşağı düşsün və cavab versin ki, nəyə görə onun rəhbərlik etdiyi qurum bundan əvvəlki hakimiyyətlə mübarizə aparan bir çox günahsız insana qarşı uydurma iş açıb? O, istefaya getməlidir”, – deyə bildirib.

Baş Prokurorluğun binası qarşısına 2016-cı ilin iyulunda Yerevanda polis alayına və sabiq general Samvel Babayana hücum təşkil etmiş “Sasna tsrer” hərbiləşdirilmiş qrupunun tərəfdarları da toplaşıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar