Yerevandakı aksiyalarda 30-a yaxın etirazçı saxlanılıb

Yerevandakı aksiyalarda 30-a yaxın etirazçı saxlanılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyalar zamanı 30 nəfər saxlanılıb.

“A24.az”ın məlumatına görə, polis onları dövlət avtomobillərinə ziyan vurmaqda ittiham edir.

Aksiyaların rəhbəri, müxalif deputat Nikol Paşinyan ötən gün “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib.

Paşinyan deyib ki, komitə hərəkatı idarə edilməsi ilə məşğul olacaq və onun qələbə ilə nəticələnəcəyinə çalışacaq.

Müxalif deputatın sözlərinə görə, Gümrü, İcevan, Vanadzor, Kapan, Metsamor şəhərlərində etirazçılar mərkəzi küçələri və əsas yolları bağlayıb.

Aprelin 17-də sabiq prezident Serj Sarkisyan ölkə parlamentində keçirilmiş səsvermə nəticəsində Ermənistanın yeni baş naziri seçilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar