A24 Xeber

Yerevandan Gürcüstan və İrana gedən yollar bağlandı

Yerevandan Gürcüstan və İrana gedən yollar bağlandı
52
25 Aprel 2018 - 19:13

 Aksiya iştirakçıları Yerevandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

A24.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan-Eçmiədzin yolu bağlı olduğundan əhali hava limanına piyada gedir.

Bildirilib ki, etirazçılar Yerevandan Ermənistan-Gürücüstan sərhədində yerləşən Baqrataşen gömrük məntəqəsinə gedən yolu da bağlayıblar.

Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən Yerevan-Meğri yolunu da kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə – Sevan, İcevana gedən yol da etirazçılar tərəfindən bağlanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00