A24 Xeber

Yevlaxda iki yük maşını toqquşdu: Xəsarət alan var

Yevlaxda iki yük maşını toqquşdu: Xəsarət alan var
23
23 Aprel 2018 - 3:32

 Bakı-Qazax yolunun Yevlax rayonu ərazisinə düşən 292-ci km-də xəsarətlə nəticələnən qəza baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Elxan Xurşudovun sükanı arxasında olduğu yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış başqa bir yük maşınına çırpılıb.

Nəticədə E.Xurşudov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Xurşudov idarə etdiyi yük avtomobili ilə pomidor daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00