Yevlaxda maşın ağaca çırpıldı: Yaralılar var

Yevlaxda maşın ağaca çırpıldı: Yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

Yevlax rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, “Opel” markalı avtomobil Yevlax şəhəri ərazisində yerləşən restoranlardan birinin yaxınlığında idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə, Yevlax şəhər sakinləri – 1997-ci il təvəllüdlü sürücü Samir Fərmayıl oğlu Pənahov və onun 2000-ci il təvəllüdlü sərnişini Dönməz Cəfər oğlu Səfərəliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar