A24 Xeber

Yeyinti və korrupsiyanın hələ də davam etdiyi Universitetlər – ANALİZ

Yeyinti və korrupsiyanın hələ də davam etdiyi Universitetlər – ANALİZ
143
04 İyun 2018 - 15:25

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən universitetlərlə bağlı may ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10638 xəbər yerləşdirilib. Bunlardan 35 xəbər mənfi, 32 xəbər müsbət,  10571 xəbər isə neytraldır. Mənfi xəbərlər Azərbaycan Texnologiya Universiteti (17 xəbər – Rektor Akif Süleymanov və onun komandası təhsil ocağını məhvə sürükləyir), Gəncə Dövlət Universiteti (13 xəbər – Universitetində nələr baş verir?) və Dövlət İqtisad Universitetinə (5 xəbər – Rektor Ədalət Muradovun müəllimi od püskürdü) məxsusdur. Müsbət xəbərlər arasında isə Milli Aviasiya Akademiyası (26 xəbər – Rektor N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb) liderdir.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti1723 xəbər
2ADA Universiteti922 xəbər
3Dövlət Neft və Sənaye Universiteti666 xəbər
4Azərbaycan Dillər Universiteti612 xəbər
5Dövlət İqtisad Universiteti544 xəbər
6Azərbaycan Texniki Universiteti457 xəbər
7Azərbaycan Tibb Universiteti455 xəbər
8Dövlət Pedaqoji Universiteti444 xəbər
9Moskva Dövlət Universitetinin Bakı filialı416 xəbər
10Mədəniyyət və İncəsənət Universiteti404 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2247 xəbər dərc edilib. Bunlardan 1 xəbər mənfi, 6 xəbər müsbət, 2240 xəbər isə neytraldır.  Mənfi xəbər Dövlət İqtisad Universitetinə (1 xəbər – Rektor Ədalət Muradovun müəllimi od püskürdü) məxsusdur. Müsbət xəbərlər isə Milli Aviasiya Akademiyasına (6 xəbər – Rektor N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb) aiddir.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti436 xəbər
2Dövlət İqtisad Universiteti149 xəbər
3ADA Universiteti148 xəbər
4Azərbaycan Dillər Universiteti144 xəbər
5Dövlət Pedaqoji Universiteti116 xəbər
6Dövlət Neft və Sənaye Universiteti103 xəbər
7Dövlət İdarəçilik Akademiyası93 xəbər
8Azərbaycan Texniki Universiteti80 xəbər
9Bakı Slavyan Universiteti79 xəbər
10Mədəniyyət və İncəsənət Universiteti76 xəbər

May ayında televiziya kanallarında universitetlər haqqında 841 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti157 xəbər
2ADA Universiteti106 xəbər
3Dövlət İqtisad Universiteti53 xəbər
4Bakı Musiqi Akademiyası37 xəbər
5Dövlət İdarəçilik Akademiyası36 xəbər
6Azərbaycan Tibb Universiteti36 xəbər
7Memarlıq və İnşaat Universiteti34 xəbər
8Azərbaycan Dillər Universiteti33 xəbər
9Mədəniyyət və İncəsənət Universiteti27 xəbər
10Dövlət Pedaqoji Universiteti27 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00