Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

A24.Az  xəbər verir ki, dörd gün davam edən yarışda baş məşqçi Şaban Donat 10 pəhləvana güvənəcək.

Bunlar Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubovdur (130 kq).

Qeyd edək ki, aprel 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, may 1-də isə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək.

Medal görüşləri müvafiq olaraq, mayın 1 və 2-də olacaq.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar