Yod əksikliyi bu FƏSADLARA səbəb olur: Göstəriciləri isə...

Yod əksikliyi bu FƏSADLARA səbəb olur: Göstəriciləri isə…
Want create site? Find Free WordPress Themes and plugins.

Körpə və məktəb yaşındakı uşaqlarda yod əksikliyi boy qısalığı, dərsdə diqqət yayınması, qəbizlik, daimi dəmirin azlığı, kökəlmə və daha bir çox xəstəliklərə səbəb olur.
A24.Az xəbər verir ki, adıkeçən hormon xərçəngin qarşısını alır, immun sistemini gücləndirir, mikrob və bakteriyaların qarşısının alınmasına da təsir göstərir.

Yodun ən təbii halı bu gün üçün dəniz suyu, qaya və dəniz yosunlarındadır. Belə ki, dəniz məhsullarında da, xüsusi ilə də duzluluğu daha yüksək olan su hövzələrinin canlılarında da bu göstərici yüksək olur. İspanaq, şalqam( türklərin içki növüdür), çuğundur, paxlalı bitkilər, sarımsaq, balqabaq, çiyələk, ağartı məhsullarında, pendir kimi qidalarda da yod yüksək dərəcədə olur.

Yod azyaşlıların 3 yaşına qədərki prosesdə qalxanabənzər vəzinin inkişafına güclü təsir göstərir. Bu hormonun yaxşı inkişaf etməməsi isə zehnin daha passiv irəliləməsinə, karlıq, nitq qüsuru, saç tökülməsi, dırnaq soyulması, dirnaqların zəyif olması və tez qırılması, mikrob və parazitlərə qarşı həssaslıq kimi problemlərə səbəb ola bilir. Uşaqlardakı İQ yəni məntiqin inkişafının 12-13 dərəcə geriləməsinə səbəb olur. 
Böyüklərdə isə bu hal qadınlarda sonsuzluğa, qalxanabənzər vəzin( zob kimi tanınan) xəstəliyə, nüvə radiyasiyasına qarşı həssaslıq kimi bir çox problemlərə səbəb ola bilir.

Xatırlatma xarakterli bildirək ki, yodun tapılması prosesi bir qədər maraqlı bir şəkildə olub. 188-ci ildə Bernard Kortiz barıtı kəşf edərkən , bənövşəyi rəngli bir buxarın çıxması ilə adıkeçən maddəni tapıb.

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar