A24 Xeber

Yol polisindən “zapravkada” texniki baxış birkası alanlara XƏBƏRDARLIQ

Yol polisindən “zapravkada” texniki baxış birkası alanlara XƏBƏRDARLIQ
95
02 İyun 2018 - 22:53
Son günlər Bakıda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə qeyri-qanuni təkliflər edilir.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, həmin şəxslər yanacaqdoldurma məntəqələrində belə, sürücülərə yaxınlaşıb texniki baxışın birkasını dəyərindən 2-3 dəfə baha qiymətə satırlar. Bəs bu cür birkalar necə əldəedilir? Məsələni əməkdaşlarımız yol polisi ilə araşdırıb.
A24.Az Unikal.org-a istinadən bildirir ki, dövlət rüsumu 20 manat olduğu halda, sürücülərə 60 manata təklif edirlər.
Söhbət avtomobillərin texniki baxışdan keçirilməsindən gedir. İddialara görə, yanacaqdoldurma məntəqələrində sığorta agentləri, sürücülərə açıq şəkildə belə təkliflər edirlər.
Onlar sürücülərə yaxınlaşıb bildirirlər ki, avtomobili texniki baxışdan keçirmək üçün yalnız maşının sənədlərini “Votsap” nömrəsinə göndərmək kifayətdir. Bununla da sürücü texniki baxış mərkəzinəgetmədən birkanı almış olur.
Dövlət rüsumu 20 manat olduğu halda,sığortaçılar bunu 2-3 dəfə baha təklif edirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirir ki, belə hallar qanunsuzdur. Texniki baxış yalnız yol polisinintexniki müayinə mərkəzlərində keçirilməlidir.
Bəs texniki baxış birkalarını həmin şəxslər necə əldə edir?. Rüfət Quliyev müayinə mərkəzindən kənarda sürücülərə təklif edilən birkaların saxta ola biləcəyini deyir. Çünki, həmin birkalar yalnız müayinə mərkəzində olur. Onu kənara çıxarıb səyyar satışını təşkil etmək mümkün deyil. Şöbə rəisi vətəndaşları həmin dəllallara inanmamağaçağırır.
Onu da qeyd edək ki, qanunsuz şəkildə texniki baxış birkası satan şəxslərləyanaşı onu alan sürücülər də məsuliyyət daşıyır.
A24.Az
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00