A24 Xeber

“Yolu çəkəndə necə olub ki, qosqoca kəndi görməyiblər?”

“Yolu çəkəndə necə olub ki, qosqoca kəndi görməyiblər?”
205
24 İyun 2017 - 17:58

Millət vəkili Fazil Mustafa  Bakı-Qazax yolu yenidən qurulması zamanı yol verilən nöqsanlardan danışıb.

A24.Az xəbər verir ki, F.Mustafa bu barədə fikirlərini sosial şəbəkədəki hesabında paylaşıb:

“Gör bizdə insanın vəziyyətini düşünməmənin nəticələri harada üzə çıxır. Yol infrastrukturunun çəkilişi hamımızın ürəyindəndir. ancaq bu yolu çəkəndə ilk növbədə insanların vəziyyətini yüngülləşdirmək əsas götürülməlidir. Bizdə isə əksinədir, yaxşı bir iş görüləndə arxasınca hansısa xoşagəlməz nəticələr buraxılmış olur. Bakı-Qazax yolu yenidən qurularkən Kürdəmir rayon Muğanlı kəndinə əsas yoldan ayrıc qoyulmamışdır. Bununla da rayon mərkəzindən kəndə olan 17 km-lik məsafə 15 km də artaraq 32 km olmuşdur. Bu qədər artıq məsafəni vətəndaşın minik vasitələrinə ödədiyi pula, benzin xərclərinə uyğunlaşdırsanız, görərsiniz ki, bu yolun Muğanlı kəndinin sakinlərinə maddi cəhətdən ciddi ziyanı dəymişdir. Yolu çəkəndə necə olub ki, qosqoca kəndi görməyiblər?”

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00