YouTube türk silahlılarının Afrini bombalama videosunu sildi – QALMAQAL

YouTube türk silahlılarının Afrini bombalama videosunu sildi – QALMAQAL
Want create site? Find Free WordPress Themes and plugins.

Video paylaşma saytı olan “YouTube” Türk Silahlı Qüvvələrinin Afrinə girmək istəyən silah karvanının vurulduğu anların videosunu silib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrinə girmək istədiyi bildirilən avtomobil karvanının vurulduğunu göstərən görüntülər TSQ-nin “YouTube” kanalına yüklənib və “Twitter”dən paylaşılıb. Ancaq “YouTube” videonu “narahatlıq gətirən mövzuya sahib olduğunu” əsas gətirərək silib.

Videoya baxmaq istəyənlərin qarşısına “Bu video “YouTube”un zorakılığı təbliğ edən və ya görüntü baxımından narahatedici məzmunla bağlı siyasətimizi pozduğu üçün xaric edilib” xəbərdarlığı çıxır.

Lakin “YouTube”un bu hərəkəti Türk Silahlı Qüvvələri tərəfindən qarşılıqsız qalmayıb və istifadəçi qaydaları çərçivəsində cavab verilib. Türk Silahlı Qüvvələri “YouTube”un bu addımından sonra videonu “Twitter”ə yükləyib.

Buna baxmayaraq, “YouTube”u narahat edən video silindikdən sonra yenidən kanala yüklənib. Videonun ikinci dəfə silinib- silinməyəcəyi məlum deyil.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar