A24 Xeber

“YouTube” üçün ən UĞURLU SMARTFONLAR- SİYAHI

“YouTube” üçün ən UĞURLU SMARTFONLAR- SİYAHI
52
11 Avqust 2018 - 16:49

“YouTube” servisi videoya baxmaq üçün ən uyğun smartfonları açıqlayıb.

A24.Az “Life” resursuna istinadən yazır ki, “YouTube Signature Devices” proqramının təsvirinə görə, videohostinq videoya baxmaq üçün ən uyğun smartfonları sınaqdan keçirir və seçir. Qurğu müəyyən tələblərə (məsələn, 4K formatlı videoçarxları, HDR texnologiyasını və s. dəstəkləməli) cavab verməlidir.

Məlumata görə, “YouTube” üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl “Samsung Galaxy Note 9” modeli qeyd olunur. Siyahıda, həmçinin “Sony Xperia XZ2 Premium”, “HTC U12+”, “Nokia 8 Sirocco” və s. qurğular yer alıb.

“Apple” smartfonlarının populyarlığına baxmayaraq siyahıya “iPhone” smartfon modelləri daxil ola bilməyib. Bu, “YouTube”un reytinqi yalnız “Android” sistemli qurğulardan ibarət tərtib etməsi və ya “iPhone X” modelinin müəyyən səbəblərə görə ekspertləri qane etməməsi ilə əlaqədar ola bilər. Bununla belə, siyahıda “YouTube”da videoya baxmaq üçün uyğun olan daha 3 qurğu – “OnePlus 6”, “LG G7 ThinQ” və “Xiaomi Mi8” qərarlaşıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00