“YouTube”da ciddi dəyişikliklər gedir

“YouTube”da ciddi dəyişikliklər gedir
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ən böyük video kitabxanası olan “YouTube” qarşıdakı günlərdə daha bir “sosial media platforması” stilinə çevrilə bilər.

“A24.az” xəbər verir ki, “Venturebeat”da yer alan xəbərə görə, yaxında “YouTube”da videoların yanında şəkil əlavə etmək, anket yaratmaq və şərhlərdə yeni seçimlər təqdim etmək kimi özəlliklərin gələcəyi və beləliklə “YouTube”un istifadəçilərə daha aktiv bir sosial media təcrübəsi təqdim edə biləcəyi bildirilir.

“YouTube Backstage”, “YouTube” təcrübəsini genişləndirəcəyi kimi saytda keçirilən müddəti də artıracaq. Əgər deyilənlər doğrudursa, bu sistemin yaxında kiçik bir kütlə üçün istifadəyə veriləcəyi, gələn geri çevrilmələr nəticəsində də “YouTube”un bir müddət sonra tam yeni versiyası ilə istifadəçiləri salamlayacağı deyilir.

Qeyd edək ki, “YouTube”un hazırda 1 milyardı keçən aylıq aktiv istifadəçisi var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar