"YouTube"un baş ofisinə hücum edən azərbaycanlı qadın: Poliqonda xüsusi təlim keçib - TƏFƏRRÜATLARVİDEO

“YouTube”un baş ofisinə hücum edən azərbaycanlı qadın: Poliqonda xüsusi təlim keçib – TƏFƏRRÜATLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“YouTube” videoportalının baş ofisinə hücum edən azərbaycanlı qadın haqqında bəzi təfsilatlar ortaya çıxıb.

“A24.az” bildirir ki, Azərbaycan əsilli olan iranlı qadının atası onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Hücumdan bir gün əvvəl gecə saatlarında polis qadını “YouTube”un yaxınlığında görüb və 20 dəqiqə onunla söhbət edib. Lakin qadın o qədər normal və sakit danışıb ki, polis heç bir şeydən şübhələnməyib. Daha sonra polis Nasim Aqdamın atası ilə danışıb və vəziyyəti ona izah edib. Atası təhlükə barədə heç bir xəbərdarlıq etmədiyi üçün qadın planlaşdırdığı silahlı hücumu gerçəkləşdirə bilib.

Onun meqa star Tarkanın heyranı olduğu da deyilir.

Maraqlısı odur ki, polis Nasim Aqdamın silahlı hücumdan bir qədər əvvəl bölgədəki poliqona getdiyini aşkar edib. Məlum olub ki, hücumu gerçəkləşdirməzdən əvvəl qadın xüsusi şəkildə hazırlaşaraq həmin poliqonda təlim keçib. Hücum zamanı istifadə etdiyi silah da öz adına olub.

Hazırda poliqonda və şübhəli ilə əlaqədar iki evdə araşdırmaların aparıldığı bildirilir.

“A24.az” Türkiyə mediasında yayımlanan xəbəri təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Kriminal, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar