Yük maşını dərəyə aşdı: Ölən və yaralanan var

Yük maşını dərəyə aşdı: Ölən və yaralanan var
Want create site? Find Free WordPress Themes and plugins.

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında qeydə alınıb.

“Mercedes” markalı yük maşını Ağsu çayı üzərindəki körpüdən bir qədər aralı yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü İmamverdiyev Rahib Əhmədalı oğlu və sərnişini, 1981-ci il təvəllüdlü Vahidov Niyaməddin Şöhlü oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, Rahib İmamverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar